"AzerGold" QSC -nin qızıl və gümüş məhsulları Naxçıvan Muxtar Respublikasında keçirilən ənənəvi “Qərbi Azərbaycana qayıdış” festival-konqres tədbirinin festival hissəsində sərgilənib.
Festival çərçivəsində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə ərsəyə gətirilmiş qızıl sikkə kolleksiyası nümayiş olunub.Bundan başqa cari ildə istehsal edilmiş, müstəqil dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondunun yaradılmasının 20-ci ildönümünə və Bakının ən qədim hissəsi, tarixi-memarlıq qoruğu olan İçərişəhərə həsr olunan yeni qızıl sikkə kolleksiyaları da geniş ictimaiyyətə təqdim edilib. Kolleksiyalarımız Muxtar Respublika sakinlərinin, həmçinin qonaqların böyük marağına səbəb olub.