1. Ümumi müddəalar
Bu Məxfilik Siyasəti (bundan sonra – Siyasət) “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cəmiyyət) (ünvan: AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Mikayıl Müşfiq 2H; telefon: +994 12 505 02 02; e-poçt: info@azergold.az) məxsus olan və onun tərəfindən idarə olunan https://azergold.gift internet informasiya ehtiyatında (bundan sonra - Sayt) toplanılan və işlənilən fərdi məlumatlara şamil olunur. Saytdan istifadə edərək onlayn sifariş yerləşdirdiyiniz zaman Siz (bundan sonra İstifadəçi) “Razıyam” seçimini təsdiqləməklə, bu Siyasətin şərtləri ilə razı olduğunuzu və Saytda təqdim etdiyiniz fərdi məlumatların Cəmiyyət tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə uyğun olaraq toplanılmasına və işlənilməsinə yazılı razılıq verdiyinizi təsdiqləmiş sayılırsınız.
2. Toplanılan fərdi məlumatlar və onların işlənilmə məqsədi
| Məlumatlar | Məqsəd |
| Ad və soyad | Sifarişləri fərdiləşdirmək üçün |
| E-poçt ünvanı | Şəxsi kabinetdə qeydiyyat, məhsullar haqqında yeniliklər, təklif və xəbərlərlə bağlı məlumatların göndərilməsi üçün |
| Telefon nömrəsi | Alıcı ilə əlaqə saxlanılması üçün |
| Çatdırılma ünvanı | Sifariş olunmuş məhsulun çatdırılması üçün |
| İP ünvan və veb-bələdçi məlumatları, kukilər |
Saytın texniki və funksional inkişafı, müştəriləri maraqlandıran məhsullar haqqında məlumatların əldə olunması üçün |
Qeyd: Ödəniş zamanı daxil etdiyiniz kart məlumatları sayt tərəfindən saxlanılmır və üçüncü tərəf (ödəniş provayderi) tərəfindən emal olunur.
3. Razılıq və imtina hüququ
İstifadəçi, bu Siyasəti qəbul etməklə fərdi məlumatlarının bu Siyasətin 7-ci bəndi ilə müəyyən edilmiş müddətə toplanılmasına və işlənilməsinə razılıq verir. İstifadəçi istənilən vaxt aşağıdakı üsullarla:
• info@azergold.az ünvanına yazaraq və ya yazılı olaraq Cəmiyyətə rəsmi müraciət ünvanlayaraq
• “Əlaqə” bölməsində yer alan formu dolduraraq razılığını geri götürmək hüququna malikdir (“Fərdi məlumatlar haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən).
4. Məlumatların üçüncü şəxslərə ötürülməsi
Cəmiyyət Qanunun 5.2-ci maddəsinə uyğun olaraq, İstifadəçinin fərdi məlumatlarını heç bir üçüncü şəxsə ötürmür. İstisna hallar aşağıdakılardır:
• Qanunvericiliklə tələb olunduqda (məhkəmə, hüquq mühafizə orqanları);
• Sifarişin icrası üçün xidmət tərəfdaşlarına (kuryer xidməti) – yalnız zəruri həcmdə;
• İstifadəçinin yazılı razılığı olduqda.
5. İstifadəçinin hüquqları
İstifadəçinin hüquqları “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müəyyən edilir.
6. Məlumatların təhlükəsizliyinin təmin olunması
İstifadəçinin fərdi məlumatları Cəmiyyət tərəfindən idarə olunan və qorunan server infrastrukturunda saxlanılır. Məlumatların ötürülməsi və saxlanılması zamanı müvafiq şifrələmə üsulları tətbiq edilir. Kiberhücumlara və icazəsiz girişlərə qarşı informasiya təhlükəsizliyi üzrə texniki və təşkilati tədbirlər həyata keçirilir.
7. Saxlanma müddəti
Məlumatlar yalnız 10 il müddətinə saxlanılır və müddət başa çatdıqda qanunvericiliyə uyğun olaraq arxivləşdirilir və ya təhlükəsiz şəkildə ləğv olunur.
8. Siyasətə dəyişikliklər
Bu Siyasət vaxtaşırı olaraq yenilənə bilər. Dəyişikliklər yalnız Saytda yerləşdirilməklə və dəyişikliyin olması ilə bağlı İstifadəçilərə Saytda bildiriş göndərilməsi ilə qüvvəyə minir.