Məhsulların onlayn sifarişləri həftənin bütün günləri 10:10-dan 17:30-a qədər qəbul edilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ünvana ödənişsiz çatdırılma xidmətimiz mövcuddur.
Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli 114 №-li Qərarına əsasən, əldə edilmiş mallar dəyişdirilmir və geri qaytarılmır.
Sifariş verildikdən sonra 2 saat ərzində ləğv edilə bilər. Bu məsələ ilə bağlı yazılı müraciət retail@azergold.az elektron poçt ünvanına göndərilməlidir. Əgər ödəniş onlayn şəkildə həyata keçirilibsə, məbləğ bank tərəfindən 30 iş günü ərzində müştərinin hesabına qaytarılacaq.
Satış və mübadilə mərkəzində yalnız "AzerGold" QSC-nin istehsalı olan qızıl məhsullarının gerialışı-mübadiləsi həyata keçirilir. Vergi ödəyicisi qismində dövlət qeydiyyatına alınmış vətəndaşlar (Vergi Ödəyicisinin Eyniləşdirilmiş Nömrəsi - VÖEN) qızıl məhsulunu mübadilə üçün təqdim edəcəyi günün cari qiymətinə əsasən elektron qaimə-fakturanı təqdim etməlidir. Gerialış məbləği 10 iş günü ərzində müştərinin təqdim etdiyi bank hesabına köçürmə yolu ilə icra edilir.