“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib.

03.02.2026 09:00

“AzerGold” QSC Almaniyanın Berlin şəhərində keçirilən və ilk dəfə iştirak etdiyi  Ümumdünya Pul (Sikkə) Sərgisində Azərbaycanın tarixi-mədəni irsini, milli dəyərlərini və nadir fauna növlərini əks etdirən qızıl və gümüş sikkələrini beynəlxalq ictimaiyyətə təqdim edib.
Sərgi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi, Azərbaycanın tarixi Zəfərinin 5-ci ildönümünə ithaf olunan “Zəfər” sikkəsi, “Qarabağ” kolleksiyasına aid nümunələr, eləcə də yeni nəsil gümüş sikkə kolleksiyası ziyarətçilərin diqqətinə çatdırılıb.
3 gün davam edən sərgidə təxminən 50 ölkədən, o cümlədən milli zərbxanalar və mərkəzi banklar da daxil olmaqla 320-dən çox iştirakçı öz məhsul və xidmətlərini beynəlxalq ictimaiyyətə təqdim edib.

Ətraflı məlumat üçün: https://h7.cl/1i-hO

#AzerGold #WorldMoneyFair #Numizmatika #Azərbaycan #Berlin #Milliİrs