BAKI

BAKI
BAKI
BAKI

"Bakı" adlı yeni nəsil unikal sikkə paytaxtımızın tarixi əhəmiyyətini, doğma şəhərimizin zəngin mədəni irsini və dinamik inkişafını simvolizə edir. Sikkə numizmatika sahəsində ən müasir istehsal həlli hesab edilən "Smartminting" texnologiyasının üstünlüklərindən faydalanmaqla 3 ölçülü formatda, yüksək əyarlı gümüşdən ərsəyə gətirilib.

 

Sikkə üzərində təsvir edilmiş, əsrlərdir dillərdə dolaşan əfsənələri ilə şəhərimizə əlavə bir cazibə qatan Qız qalası və paytaxtımızın çağdaş simvolu olan Heydər Əliyev Mərkəzi keçmişlə gələcəyin vəhdətini təcəssüm etdirir. Bu vəhdəti yüzilliklərə şahidlik edən Şah məscidi ilə postmodern memarlıq tərzinin nümunəsi sayılan üç möhtəşəm göydələn - "Alov qüllələri" tamamlayır. Kompozisiyanı üst hissədə, səma müstəvisində həkk edilmiş 8 guşəli ulduz ornamentləri, asağı hissədə isə mavi Xəzərin zümrüd dalğaları əhatə edir.

 

İstehsal prosesində innovativ texnologiya ilə yanaşı, ənənəvi əl işləmələri də tətbiq edilib. Yeni nəsil gümüş sikkə həm kolleksiyaçılar, həm də əsrarəngiz paytaxtımızı sevənlər üçün mükəmməl bir hədiyyədir.
 

BAKI
BAKI
BAKI
BAKI
BAKI
BAKI
BAKI
BAKI

BAKI

Gümüş sikkə

2 oz

₼ 665.00

Çəki: 2 oz
Ölçü: 38.6 mm x 6.6 mm
Əyar: 999.9

Miqdar

₼ 105.00

HEYDƏR ƏLİYEV MƏRKƏZİ

Gümüş sikkə • 5 qr
₼ 105.00

QARABAĞ XALÇASI "ÇƏLƏBİ"

Gümüş sikkə • 5 qr
₼ 105.00

QOBUSTAN

Gümüş sikkə • 5 qr
₼ 165.00

HEYDƏR ƏLİYEV MƏRKƏZİ

Gümüş sikkə • 10 qr