“Naxçıvan” sikkəsi Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri olan, əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə dövlətçiliyimizin, mədəniyyətimizin və elmimizin inkişafına töhfələr vermiş Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunub. Sikkə nümunəsində Naxçıvan ərazisində yerləşən tarix və mədəniyyət abidələri dizayn olunub.
“Naxçıvanqala” Tarixi- Memarlıq Muzey Kompleksi, Naxçıvan Xan sarayı, Möminə Xatun türbəsi, Qazançı körpüsü, Qarabağlar türbəsi, Gülüstan türbəsi, Yusif Küseyr oğlu türbəsi, “İmamzadə” kompleksi və İlandağ sikkənin mərkəzindəki çevrə ətrafında təsvir olunub. Çevrənin daxilində təsvir olunmuş Qala divarları isə “100” ədədini xatırlatmaqla muxtar respublikanın 100 illik yubileyini ifadə edir.
20 qr
₼ 3,255.00
Miqdar