Satış və mübadilə mərkəzi

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən yerli qızıl xammalından istehsal edilən məhsulların ilk Satış və mübadilə mərkəzi istifadəyə verilib.

Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mərkəzdə 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 2, 50, 100, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda qızıl sikkələr əldə edə bilərsiniz.

Gerialış

Yatırımlarınızı idarə edərkən nə vaxt alacağınızla birlikdə nə vaxt satacağınızı bilmək də önəmlidir. 5000 ildən çox yatırım tarixi olan qızıl üçün də eyni prinsip keçərlidir. Qızılın qiyməti yüksəlişdə olduğu vaxt sikkə və külçələrinizi satmaq üçün ən ideal vaxtdır.

“AzerGold” QSC qızıl sikkə və külçələri almaqla birlikdə, onları satmaq istəyəcəyiniz zaman da ən etibarlı tərəfdaşınızdır. Belə ki, satış və mübadilə mərkəzimizdə “AzerGold” QSC-nin istehsalı olan qızıl məhsullarının geri alışı mümkündür.

Bizim geri alış qiymətimiz Mərkəzi Bankın gündəlik metal məzənnəsinə uyğun hesablanır. Geri alış üçün təqdim edilən məhsullar sertifikatla müşaiyət olunmalı, həmçinin külçələrin plastik qablaşdırması zədəsiz və qüsursuz olmalıdır. 

Geri alış proseslərimiz sadə və təhlükəsizdir.

  1. Məhsul sertifikatı ilə birlikdə Mərkəzə təqdim edilir.
  2. Təqdim edilən məhsul tələblərə əsasən Mərkəzin eksperti tərəfindən yoxlanılır.
  3. Mərkəzi Bankın cari məzənnəsinə uyğun olaraq qiymət hesablanır və ödəniş edilir.

"AzerGold" QSC haqqında

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.